Rəşid Mahmudov DTX-ya müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Rəşid Mahmudov DTX-ya müraciət etdi

Siyasət

24 Noyabr 2020 07:15 3509


Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, müraciət sosial şəbəkələrdə R.Mahmudovun adından müəyyən xoşagəlməz, saxta fikirlərin tirajlanması ilə əlaqədardır. Rəşid Mahmudov müraciətində deyir:

"Adımdan yayılan saxta xəbərlərin araşdırılması və cəzalandırılması haqqında göstəriş verməyinizi xahiş edirəm! Məlumunuz olsun ki, mən sosial şəbəkədən istifadə edə bilmirəm. Yəni status yazmaq, o cümlədən də video yükləmək, foto yerləşdirmək və s. bilmirəm! Yalnız TV kanallarına verdiyim müsahibələrdə səsləndirdiyim fikirlərə inanın! Dördpendirli pizza

82 yaşındayam, yetərincə yetirmələrim var. Yaşımın bu çağında mənim adımdan saxta bəyanatlar yayanları özümə təhqir hesab edirəm! Bir daha xahiş edirəm, saxtakarları ifşa edib, cəzalandırasınız!". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!