Rəsm müsabiqəsinin qalibləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Rəsm müsabiqəsinin qalibləri müəyyənləşdi

Sosial

01 May 2019 08:45 667


Azərbaycanın dahi şairi və və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinə yekun vurulub.

“Yeni sabah” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini ies@mlspp.gov.az ünvanına göndəriblər. Həmin əsərlər nazirliyin (sosial.gov.az)  #Instagram səhifəsində yerləşdirilib. Əvvəlcədən də elan olunan müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən ediblər. 

Beləliklə, Instagram istifadəçiləri təqdim olunan 14 rəsm əsərinə münasibətlərini bildiriblər və həmin rəsmlərdən ən çox bəyənilən 3 rəsm müəyyən olunub. Onların müəllifləri sağlamlıq imkanları məhdud gənclər olan Qorxmaz Mustafayev (I yer), Asif Qasımov (II yer) və  Nisə Cəfərovadır (III yer). Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!