Rəsmi Bakı və İrəvan Moskvada razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı və İrəvan Moskvada razılığa gəldi

Siyasət

19 May 2023 19:18 3489


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə mayın 19-da Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvada baş tutan görüşdə razılıq əldə olunub.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər həmçinin “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdirib, hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparıblar. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!