Trampın hədəsindən sonra Tehran danışıqları dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Trampın hədəsindən sonra Tehran danışıqları dayandırdı

Dünya

07 Aprel 2026 17:24 399


ABŞ Prezidenti Donald Trampın son təhdidlərindən sonra bütün diplomatik kanallar və dolayı danışıqlar dondurulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası IRIB məlumat yayıb.

Donald Tramp "TruthSocial" sosial şəbəkəsində yazıb: "Bu gecə bütöv bir sivilizasiya öləcək. O heç vaxt bərpa olunmayacaq. Mən bunu etmək istəmirəm, amma yəqin ki, edəcəyəm". Pepperoni pizza

Eyni zamanda, Tramp bir daha İranda tam rejim dəyişikliyinə nail olduğunu irəli sürüb: "Orada daha ağıllı, az radikal insanlar üstünlük təşkil edir".

"Kim bilir, bəlkə də inqilabi və heyrətamiz bir şey baş verəcək. Bu gecə biləcəyik", - o əlavə etdi.

ABŞ Prezidentinin İranla sülh razılaşmasına çatmaq üçün son tarixi Çərşənbə axşamı bitir. Amerika lideri xəbərdarlıq etdi ki, razılaşma olmadan Vaşinqton İran elektrik stansiyalarına və körpülərinə zərbə endirməyə hazır olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!