Mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.
"Yeni Sabah" xəbər verir ki, mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.
Qeyd edək ki, reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar. Reysləri ləğv edilən və dəyişdirilən sərnişinlərin istəyi halında onlara alternativ aviareyslər təklif olunacaq. Dominos pizza
Əlavə məlumat üçün callcenter@azal.az elektron poçtuna müraciət edin. Yazılı müraciətləri WhatsApp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.
Telegram kanalımız