UEFA milli komandaların qitə miqyaslı yarışları üçün futbolçuların reytinqini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hazırda siyahıya Hollandiya yığmasının futbolçusu Frenki de Yonq başçılıq edir.
Onun aktivində 2200 xal var. 22 yaşlı futbolçu komanda yoldaşı Memfis Depaydan 8 xal öndədir. 3-cü pillədə isə İngiltərə millisinin qapıçısı Cordan Pikford qərarlaşıb. Qolkiperin hesabında 2010 xal var. Sezar pizza
Azərbaycan yığmasının futbolçuları arasında ən yaxşı nəticə isə Riçard Almeydaya məxsusdur. Milliləşən braziliyalı 466 xalla Avropada 179-cudur. Yarımmüdafiəçi 20 pillə irəliləyişə nail olub. Ondan 30 xal geridə olan Ramil Şeydayev 203-cü sırada yer alıb. Bədavi Hüseynov millinin üçüncüsüdür. Reytinqdə 305-ci olan müdafiəçinin 305 xalı var.
Telegram kanalımız