Romaya gəzməyə gedən azərbaycanlı qız   İTKİN DÜŞDÜ - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Romaya gəzməyə gedən azərbaycanlı qız İTKİN DÜŞDÜ - FOTO

Hadisə

08 Noyabr 2025 17:55 2079


İtaliyanın paytaxtı Roma şəhərinə gəzməyə gedən azərbaycanlı Quliyeva Sona Cəmil qızı itkin düşüb. 

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

S.Quliyeva noyabr ayının 3-də gecə Bakından yola düşüb, Roma hava limanına enib və oradan video paylaşaraq “Romaya çatdım” deyib. Ondan sonra S.Quliyevadan heç bir xəbər yoxdur. Toyuqlu pizza

"Bu gün artıq 5-cı gündür ki, ondan xəbər ala bilmirik. Mesajlara və zənglərə cavab vermir, telefona da zəng çatmır. Onun yanında böyük məbləğdə pul və telefon olub. İtaliyaya səyahət məqsədi ilə getmişdi.

Ailəsi və dostları çox narahatdır. Artıq səfirliyə də müraciət etmişik. Azərbaycanda bayram tətili olduğuna görə dövlət qurumları hazırda işləmir. İş başlayan kimi kömək üçün müraciət edəcəyik. 

Romada olan və kömək edə biləcək hər kəsdən çox xahiş edirik, dəstəklərini əsirgəməsinlır".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!