Ronaldonun illik qazancı - Fantastik məbləğ

saytların hazırlanması

Evə çatdırılma

Ronaldonun illik qazancı - Fantastik məbləğ

İdman

10 Sentyabr 2019 19:52 5360


"La Gazzetta dello Sport" İtaliya A Seriyasında ən çox maaş alan futbolçuların siyahısını dərc edib.

“Yeni Sabah” xəbər verir ki, siyahıya "Yuventus"un hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Onun illik maaşı 31 milyon avrodu.

Məlum olub ki, Ronaldonun maaşı 4 klubun - SPAL, "Udineze" (hər ikisi 30 milyon), "Breşia" (28 milyon) və "Verona"nın (25 milyon) futbolçularına verdiyi ümumi əmək haqqından çoxdu. pizza sifarişi

İkinci pillədə "Yuventus"un digər üzvü - yeni transfer Matteys de Liqt qərarlaşıb. Holland yarımmüdafiəçinin maaşı 8 milyon və əlavə 4 milyon bonusdan ibarətdi.

İlk "üçlüy"ü "İnter"in yeni transferi Romelu Lukaku qapayır. Belçikalı ulduza 7.5 milyon maaş və 1.5 milyon avro bonus veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!