Rövşanə blogerlik edən həkimləri hədəfə aldı

saytların hazırlanması

Evə çatdırılma

Rövşanə blogerlik edən həkimləri hədəfə aldı

Şou

05 İyul 2023 16:54 1162


Aparıcı Rövşanə Ağasəfqızı blogerlik edən həkimləri tənqid edib. 

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, aparıcı onların pasiyentlərlə kobud rəftar etməsindən şikayətlənib:

"Bəzi həkimlər var ki, başları üzərində işləməkdən çox blogerliyə üstünlük verirlər. Efirdə bunu dəfələrlə görmüşəm. Cərrahlar əməliyyatdan sonra xəstə ilə maraqlanmırlar. Xəstə tibb bacısının öhdəsində qalır. Kobud həkimlər görmüşəm... pizza hut

Dəfələrlə xəstələrin şikayətini işıqlandırmışam. Başınız üzərində işləyin. Bu, hər həkimə aid deyil. Blogerliyin də dərəcəsi var. Bir-birinizi təqlid edirsiniz. O çıxır, bu çıxır telefon qarşısında atdanıb düşür, oynayır. Pasiyentim artacaq deyə bunu etməyin. Elə deyil, ən gözəl pasient elə xəstənin özüdür. Ən gözəl reklam xəstənin özüdür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!