Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarova ev verib.
Sənətçinin oğluna ev verilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri ona ev verilməsini ədalətsiz hesab edib, bəziləri həm də bələdiyyə üzvü olan Corcun bu evə ehtiyacı olmadığını bildirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Roza Zərgərli bu məsələ ətrafında ajiotaj yaratmağa ehtiyac olmadığını deyib: Pepperoni pizza
“O oğulu Roza Zərgərli doğmayıb, Roza onu övladlığa götürüb, ona təhsil verib, arxasında durub. O övlad dövlətin övladıdır və dövlət də onu evlə təmin edib. Burada nə haqsızlıq var anlaya bilmirəm? Bu mövzu ilə bağlı başqa heç bir şərh verməyəcəyəm”.
Qeyd edək ki, Corc Qafarov aktyor fəaliyyəti ilə məşğul olur və son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilib.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız