Belə bir yanlış fikir var ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin yoxluğu mürəkkəb tarixi keçmişlə bağlıdır, amma əslində tarix bütün Ermənistan hökumətləri üçün normallaşma strategiyasının əsası olmayıb.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi elçisi Ruben Rubinyan deyib.
“Ermənistan münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına həmişə açıq olub. Biz indi hazırıq. Əgər türk qonşularımız siyasi iradə nümayiş etdirsələr, heç olmasa sabah bizim münasibətlərimiz tamamilə nizama salına bilər. Pepperoni pizza
Kommunikasiyalara gəlincə, Cənubi Qafqaz bağlı sərhədləri ilə tanınır. Bu, Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə aiddir. Hazırda bizim Cənubi Qafqazı dalandan yol qovşağına çevirmək üçün tarixi imkanımız var. Mövqeyimiz ondan ibarətdir ki, kommunikasiyalar geosiyasi rəqabət əvəzinə sülh və əməkdaşlıq qurma vasitəsi kimi istifadə edilməlidir”.
Telegram kanalımız