Almaniyanın “Proyssen” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov “Bild” nəşrinə açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiyaya qarşı keçirdiyi hər iki oyunda ehtiyatda qalan hücumçu bu sözləri deyib:
“Əlbəttə, oynamaq istəyərdim, lakin vətənə səfər etmək də bir təcrübədir, deyə düşünürəm”. Dördpendirli pizza
“Proyssen” klubunun baş məşqçisi Sven Hübşer 28 yaşlı futbolçunun Almaniya 3-cü liqasının 8-ci turunda “Viktoriya” ilə qarşılaşacaqları oyunda iştirak edəcəyini söyləyib.
Qeyd edək ki, “Proyssen” – “Viktoriya” oyunu sentyabrın 14-ündə baş tutacaq.
Telegram kanalımız