Rüfət Piriyev axtarışa verildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Rüfət Piriyev axtarışa verildi - Video

Kriminal

09 Yanvar 2024 20:22 1521


Sosial şəbəkələrdə “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan Rüfət Piriyev barəsində çoxsaylı şikayətlər yayılır.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şikayətçilər R.Piriyev tərəfindən aldadılaraq külli miqdarda vəsaitlərinin ələ keçirildiyini iddia edirlər. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər.

Şikayətçilərdən biri isə bir neçə ay əvvəl R.Piriyevi paytaxt ərazisində aldığı pulları qaytaracağı ilə bağlı danışdıraraq çəkdirdiyi videonu paylaşıb. Həmin şəxs bu videodan sonra da pullarını ala və Rüfəti tapa bilmədiyini deyib. Pepperoni pizza

Əldə etdiyimiz məlumata görə, çoxsaylı şikayətlər əsasında Rüfət Şahin oğlu Piriyev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. O, məhkəmənin qərarı ilə axtarışa verilib.

Qeyd edək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad"MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!