Ruhəngiz Qasımovanın son zəngi: “Yedim, içdim, oynadım...”

saytların hazırlanması

Evə çatdırılma

Ruhəngiz Qasımovanın son zəngi: “Yedim, içdim, oynadım...”

Mədəniyyət

10 Oktyabr 2022 17:18 1575


Xəbər verdiyimiz kimi, Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında vəfat edib.

Yenisabah.az-a danışan "SOY" prodakşının rəhbəri, tanınmış televiziya rejissoru və prodüser Oqtay Əliyev mərhum sənətkarla bağlı xatirələrini danışıb.

O, Ruhəngiz Qasımovanın daim pozitiv və zarafatcıl olduğunu bildirib: Dominos pizza

“Ruhəngiz xanım hamımızın yadında deyən, gülən, zarafatcıl xanım kimi qalıb. O, yaşına baxmayaraq, çox müasir, yeni texnologiyalarla maraqlanan insan idi. Mən son dəfə avqust ayında onunla danışdım, elə belə zəng vurmuşdum, amma danışa bilməmişdik. Səhəri gün zəng vurdum soruşdum ki, hara getmişdin? Cavab verdi ki, “Dostlarımı yığıb, restorana getmişdim, qəşəng yedim, içdim, oynadım, oxudum, elə sənin acığına!” Çox pozitiv insan idi.

Elə ciddi bir xəstəliyi yox idi. Arada təzyiqi ilə bağlı problemləri olurdu. Həyat yoldaşı 11 il yataq xəstəsi olub, daima ona baxırdı, yanında olurdu, həyəcan keçirirdi. Heç yoldaşının ili çıxmamış özü də dünyasını dəyişdi. Onlar bir-birlərinə çox bağlı idilər. Ruhəngiz xanım həmişə deyirdi ki, “Allah mənə bir ömür də versin ki, Vasif mənsiz qalmasın”. O, çox gözəl insan idi, heyif!”

Əsmətxanım RZAZADƏ 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!