Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

saytların hazırlanması

Evə çatdırılma

Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Siyasət

02 Fevral 2023 17:27 684


Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.

Yenisabaha.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşılayıb. pizza sifarişi

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verib.

Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!