Rus kanalından şok Vardanyan etirafı:   “Hər şey bəllidir, məqsəd...”

saytların hazırlanması

Evə çatdırılma

Rus kanalından şok Vardanyan etirafı: “Hər şey bəllidir, məqsəd...”

Siyasət

14 Yanvar 2023 21:26 4069


Rusiya separatçı Ruben Vardanyanı Ermənistanın gələcək baş naziri kimi görür.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən tsargrad.tv bildirib.

Materialda Vardanyanın “Qarabağ hökumətinin rəhbəri” olması kimi təxribatçı fikrə yer verilib. Eyni zamanda, Rusiya hakimiyyətinə yaxınlığı ilə seçilən kanalda separatçının əsas hədəfləri ilə bağlı mühüm məqama diqqət çəkilib. Pepperoni pizza

“Yeri gəlmişkən, Vardanyan Ermənistanın rəhbəri roluna iddialı real fiqur kimi görünür. Məsələn, “Regnum” agentliyinin analitik redaksiyasının baş redaktoru Yuri Barançik öz Teleqram kanalında yazıb ki, Ruben Vardanyan Paşinyanı əvəz edəcək şəxsdir”, - məqalədə deyilir.

Kanal hazırda Azərbaycan ərazilərində separatçılıqla məşğul olan Vardanyanın Rusiyadakı ictimai və biznes fəaliyyətlərinə də diqqət ayırıb. Qeyd edib ki, o, bölgədə vəziyyətin yenidən gərginləşməsindən sonra Rusiya vətəndaşlığından imtina edərək, Xankəndiyə yollanmaq qərarına gəlib.

Barançik qeyd edib ki, Vardanyan Xankəndiyə gələn kimi Qarabağın dağlıq hissəsindəki duruma görə açıq şəkildə Ermənistan rəhbərliyini ittiham edib.

Rusiya jurnalist Sergey Mardan da öz növbəsində bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın narahatlığı Vardanyanın iddiası ilə bağlıdır:

“Rusiyanın dost Ermənistanın gələcək lideri olaraq kimi gördüyü və Paşinyanın niyə isteriyaya düşdüyü tam aydındır”./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!