Rus komandir öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Rus komandir öldürüldü

Hadisə

23 Mart 2022 11:54 1236


Rusiya ordusunun daha bir adlı-sanlı zabiti Ukraynada gedən döyüşlərdə öldürülüb. virtualaz.org xəbər verir ki, Mariupol ətrafında gedən döyüşlər zamanı Rusiya dəniz piyadalarının 810-cu briqadasının komandiri, polkovnik Aleksey Şarov məhv edilib. Bu haqda Ukrayna ordusunun zabiti Anatoli Ştefan özünün Twitter səhifəsində yazıb.

“Dəniz piyadalarının Jukov ordenli 810-cu qvardiya əlahiddə briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda). “Təlimlərdə “yolunu azdı” , amma indi evə düz qayıdacaq. Düşmənlərə ölüm!”, - zabit yazıb.

Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 3-cü dərəcəli kapitan Aleksey Raliy də Mariupol ətrafında gedən döyüşlərdə məhv edilmişdi. Daha əvvəl isə Rusiya ordusunun diviziya komandiri, general Oleq Mityayev Mariupol ətrafındakı döyüşlərdə “Azov” polkonun döyüşçüləri tərəfindən öldürülüb. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!