“Onların öz evi bombalansa belə, hakimiyyət nə desə, onu da edəcəklər“

saytların hazırlanması

Evə çatdırılma

“Onların öz evi bombalansa belə, hakimiyyət nə desə, onu da edəcəklər“

Mədəniyyət

17 Mart 2022 17:25 1126


"Dövlətin mənafeyi körpənin göz yaşlarına dəyməz".

Bunu Yenisabah.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu deyib.

O bildirib: “Dünyanın bütün cəmiyyətləri qlobal məsələlərdə parçalanır. Hakimiyyətin qulbeçələri də olur, əleyhdarları da. Azərbaycanda də yekdillik bircə dəfə oldu, o da Qarabağ müharibəsində. Onda fikir müxtəlifliyi ola bilməzdi. Biz qan töküb, kiməsə hücum etmirdik. Torpaqlarımız uğrunda mübarizə aparırdıq. Ona görə də, hamı yekdil idi”. Dördpendirli pizza

B.Vəziroğlunun sözlərinə görə, rus ictimiyyətində fikirlər parçalanıb:

“Ukrayna əsgəri rus torpağında deyil, rus əsgəri Ukrayna torpağındadır. Ona görə də, ictimaiyyətdə fikir parçalanıb. Onların öz evi bombalansa belə, hakimiyyət nə deyirsə, onu da qəbul edəcəklər”.

Yazıçı qeyd edib ki, rusların qan tökməyə meyilli olması fikri tamamilə yanlışdır:

“Dünyanın heç bir xalqı qan tökməyə meyilli deyil. Qanı rejimlər, iqtidarlar tökür. Hakimiyyət başında oturan hərbi elita bu qərara gəlir. Guya bunu dövlətin, xalqın mənafeyi üçün edirlər. Amma dövlətin, xalqın mənafeyi körpənin göz yaşlarına dəyməz. Rus xalqı Putindən, Şoyqudan ibarət deyil. Rus xalqı Çexov, Dostoyevskidən ibarətdir. Ruslar böyük xalqdır.

Dünyanın böyük xalqları kimi onlar da sülh-barış istəyirlər. Etiraz edənlər də ruslardır. Rusların birmənalı şəkildə qan tökdüyünü demək günahdır. Kimin qalib gələcəyini zaman göstərəcək”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!