“Rusiya ABŞ və Fransanı “pis əməllərdən” çəkindirməyə çalışır”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ABŞ və Fransanı “pis əməllərdən” çəkindirməyə çalışır” - Politoloq

Siyasət

19 Noyabr 2020 14:39 1137


“Rusiya hakimiyyəti ikili oynayır. Bir tərəfdən Kreml sahibi Vladimir Putin deyib ki, Dağlıq Qarabağın statusunun müzakirəsində digər iki həmsədr ABŞ və Fransanın fəallığının artmasını arzulayır və bu əməkdaşlıqdan razıdır. Digər tərəfdən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qarabağ münaqişəsi ilə bağlı Qərb ölkələrini bu sözlərlə ittiham edib: “Qərb Qarabağ razılaşmasını pozmaq üçün erməni və azərbaycanlı millətçiləri qızışdırır. ABŞ və müttəfiqləri erməni və Azərbaycan xalqı arasında nifaq salmağa çalışır”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq Putinlə Narışkinin yanaşmasındakı fərqin səbəbini izah edib:

“Putinin Qarabağla bağlı Amerika və Fransaya etirazı yoxdur, Narışkin isə hər iki dövlətə qarşı ciddi ittihamlar irəli sürür. Görünür, Putin özünü daha dözümlü göstərməyə çalışır və demək istəyir ki, Vaşinqton və Parisin Rusiyaya qarşı müxtəlif sanksiyalarına baxmayaraq, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində onlarla əməkdaşlıq etməyə hazırdır. Putin üçün əsas sülhməramlılarını Azərbaycanda yerləşdirmək idi, ona da nail oldu. Putinin Dağlıq Qarabağın status məsələsini Amerika və Fransa ilə birgə müzakirə etməyə hazır olması isə onun Türkiyənin bu iki dövlət vasitəsilə bölgədəki fəallığını azaltmaq məqsədi daşıyır. Yəni Putin Türkiyəyə qarşı özünün edə bilmədiyini başqalarının əli ilə həyata keçirməyə çalışır. Buna baxmayaraq, Putin Vaşinqton və Parisin təxribatlarını ölkəsinin baş kəşfiyyatçısı Narışkinin dili ilə səsləndirir. Bu dəfə isə Putin Narışkinin açıqlaması vasitəsilə Vaşinqton və Parisi Rusiyaya qarşı “pis əməllərdən” çəkindirməyə çalışır”. Pepperoni pizza

Ekspert Narışkinin -“Qərb ölkələrinin rəsmiləri azərbaycanlılara deyirlər ki, Kreml sizin qələbənizi oğurladı, Stepanakertin bir addımlığındaydınız”,- ifadəsinin həqiqətə uyğun olub-olmamasını da şərh edib:

“Ermənistan hakimiyyətinin Fransaya bağlılığı məlumdur, Amerika ilə də sıx əlaqələr qurmağa çalışıblar. Yəni Vaşinqton və ya Paris Paşinyanı qızışdıra bilər. Ancaq Vaşinqton və Paris rəsmi Bakını niyə qıcıqlandırsın ki? Tam əksinə, Vaşinqton və Paris müharibənin ilk günündən bizə mane olmağa çalışırdı, indi də Azərbaycana qarşı təxribatlarından əl çəkməyiblər. Ona görə də Qərb ölkələrinin rəsmilərinin bizə,"sona qədər getməli idiniz”,- deməsi inandırıcı deyil. Narışkin sadəcə həmişəki kimi Ermənistanla Azərbaycan arasında balans yaratmağa çalışıb, yəni Qərb ölkələri həm erməni, həm də guya azərbaycanlı millətçilərə müraciət ediblər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!