Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Hadisə

09 Sentyabr 2025 13:13 2143


Rusiyada məhkəmə Azərbaycanın vəsatəti əsasında respublikada terrorçuluq məqsədilə təlimlər keçirmək, cinayətkar birlik təşkil etmək, silahlı birləşmələr və ya qruplar yaratmaqda təqsirləndirilən şəxsi həbs edib.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, həmin şəxs Azərbaycanda qiyabi həbs olunaraq axtarışa verilib: Pepperoni pizza

“Azərbaycan tərəfdən lazımi təsdiqlər vaxtında alınıb və daha sonra Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları xarici həmkarlarına həmin şəxsin saxlanılması barədə məlumat verib. Moskva məhkəməsi təqsirləndirilən şəxsi həbs edib”.

Materiallarda onun hansı ölkənin vətəndaşı olduğu göstərilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!