Rusiya Bankı dollar alışını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Bankı dollar alışını dayandırdı

İqtisadiyyat

09 Mart 2020 13:31 700


Rusiya Bankı (Mərkəzi Bank) yaxın 1 ay ərzində daxili bazardan xarici valyutanın (ABŞ dolları) alışının dayandırılması barədə qərar qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, tənzimləyici qurum qərarını əmtəə birjalarında neftin ucuzlaşması fonunda valyuta bazarında volatilliyin azaldılması istəyi ilə izah edib.

Rusiya Bankı həmçinin bəyan edib ki, dollar alışının bərpa edilib-edilməməsi bu ay maliyyə bazarlarındakı vəziyyətdən asılı olacaq. Pepperoni pizza

Qeyd edək ki, bu gün qonşu ölkədə ABŞ dollarının məzənnəsi 75 rubla, avronun məzənnəsi isə 85 rubla yüksəlib. Bu, ötən həftənin sonu ilə müqayisədə təxminən 10% çoxdur və 2016-cı ilin əvvəlindən bəri maksimal həddir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!