“Rusiya Baş Qərargahı başçısız qalıb“ iddiası -   Ekspert: “Öldürülmüş olsaydı...”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Baş Qərargahı başçısız qalıb“ iddiası - Ekspert: “Öldürülmüş olsaydı...”

Siyasət

02 May 2022 17:31 1189


Ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyevin “Yeni Sabah”a müshaibəsi:

– Ukraynanın iddiasına görə, Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov İzyum istiqamətində gedən döyüşlərdə yaralanıb. Hətta iddia edilir ki, Gerasimov öldürülüb. Sizcə, bu iddialarda gerçəklik payı nə qədərdir?

– Gerasimov İzyum istiqamətində cəmləşmiş qruplaşmaların fəaliyyətini təftiş etmək, eləcə də əməliyyatlara yerindəcə müdaxilə etmək üçün İkinci Ordunun qərargahına baş çəkib. Həmin qərargah Ukrayna silahlı qüvvələrinin raket atəşinə tutulub. Bu zərbələr nəticəsində 20-yə yaxın yüksək rütbəli zabit öldürülüb və yaralanıb.  Marqarita pizza

Sözsüz, Gerasimov kimi bir ordu generalı öldürülmüş olsaydı, əlbəttə, onun dəfn mərasimi keçirilər və bunu gizlətmək qeyri-mümkün olardı. Odur ki, düşünürəm, Baş Qərargah rəisinin öldürülməsi sadəcə ehtimaldır. 

Həmçinin, qərargaha endirilən zərbələr nəticəsində onun yaralanmaması da qeyri-mümkün idi. Bəlkə də yaralanıb və bir müddət müalicəyə ehtiyacı olacaq.

– Sizcə, Rusiyanın zabit heyəti bu müharibədə nə dərəcədə peşəkar oldu? Onlar bu böyük sınaqdan üzüağ çıxa bildimi?

– Əslində, belə əməliyyatları öncə xəritələrdə generallar planlaşdırır. O xəritələrdə gündəlik, həftəlik və aylıq hədəflər qarşıya qoyulur. Xəritəni Ali Baş Komandan təsdiqlədikdən sonra müharibə başlayır.

Təbii ki, Rusiya ordusunun Baş Qərargahı ilə Müdafiə Nazirliyi bu əməliyyatları 3 günlük planlaşdırmışdı. Bu, səviyyə göstəricisidir. Çünki 96 saata planlaşdırılmış bir əməliyyat 68-ci gününə qədər çataraq can çəkişirsə, bunun təqsiri generalitetin üzərinə düşür.

Digər bir məsələ budur ki, İkinci Dünya müharibəsindən sonra Rusiya heç bir yeni təcrübə qazanmayıb. Yalnız İkinci Qarabağ müharibəsi modeli var və ən yaxın müharibə olaraq Qarabağ savaşını təhlil edə bilərdilər. Yəni yeni bir doktrina yoxdur. SSRİ dönəmində hansı taktika ilə döyüşmüşdülərsə, eynisini təkrarlayırlar.

XXI əsrin müharibə doktrinası ortadadır. Bu da taktiki olaraq PUA-lar və xüsusi təyinatlarının koordinasiyası ilə aparılan asimmetrik müharibədir.

Rusiya düşünürdü ki, savaş simmetrik olacaq. Amma Ukrayna belə etmədi. Onlar “vur-qaç” taktikası, eləcə də xüsusi təyinatlılar və PUA-lardan çox effektli şəkildə yararlanırlar.

Ukrayna dünyanın 20-ci, Rusiya isə 2-ci ordusuna sahibdir. Bu mənfi güc nisbətində Ukraynanın etdikləri göz qabağındadır.

– Ukraynaya hazırda Qərbdən çoxlu silah gətirilir. Bu silahlar əməliyyatlar teatrını Rusiya ərazisinə keçə bilərmi?

–ABŞ “Lend-Liz” paktını qəbul etdi. Konqres ABŞ prezidentinə Ukraynaya kömək yönündə sərhədsiz imkanlar verdi. ABŞ-ın modern silahları Polşadan Ukraynaya keçmək üzrədir, hətta bir hissəsi artıq döyüş meydanındadır. Bu güc balansına NATO-nu da qatsaq, artıq əməliyyat teatrında hesablar dəyişmiş olur. Yəni Ukrayna hər gün gücünə güc qatacaq, Rusiyanın isə gücü azalacaq.

Müharibənin başlanğıcından 65-ci gününə qədər hava üstünlüyü Rusiyanın əlində olsa da, Ukraynanın nisbətən Rusiya silahlı qüvvələrini dayandırdığı görünür. Belə getsə, yeni silahlar sayəsində Rusiya hava da üstünlüyünü itirmiş olacaq. 

Məsələ təkcə modern hərbi texnikanın Ukraynaya idxalı ilə bitməyəcək, eləcə də bu texnikanı idarə edənlər Ukraynaya gələcəklər. Növbəti mərhələdə Ukrayna ruslara qarşı müharibəni axıra qədər aparmaq qərarı verəcək. Bu da rusların nəzarətə götürülmüş əraziləri itirməsi deməkdir.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!