Rusiya Baydenə sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Baydenə sanksiya tətbiq etdi

Siyasət

15 Mart 2022 20:05 1367


Rusiya ABŞ rəhbərliyinin nümayəndələri və onlarla əlaqəli şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, “stop siyahısı”na 13 nəfər daxildir:

ABŞ Prezidenti Cozef Bayden, dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley, Ağ Evin mətbuat katibi Cen Psaki, Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini Duleep Sinkx, Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer, ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klinton, maliyyə nazirinin birinci müavini Adeveyl Adevemo, İxrac-İdxal Bankının prezidenti və Direktorlar Şurasının sədri Reta Cozef Lyuis, prezidentin oğlu Hanter Bayden. pizza sifarişi

Qeyd olunub ki, Rusiyanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişini qadağan edən sanksiyalara cavab olaraq bu addım atılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!