“Rusiya üçün Ukrayna müharibəsində üçüncü tərəfin iştirakı qəbuledilməzdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O, Rusiya prezidenti Vladimir Putinin ötən gün səsləndirdiyi bəyanata toxunub. pizza sifarişi
Putin bildirib: “Əgər kimsə kənardan Ukraynadakı vəziyyətə müdaxilə etsə və Rusiyaya qeyri-məqbul təhlükələr yaratsa, Moskva ildırımsürətli zərbələr endirəcək”.
R. Məmmədli bu mövzuda deyib:
“Rusiya üçün üçüncü tərəfin müharibəyə qoşulması, birmənalı olaraq, qəbuledilməzdir. Məsələnin digər tərəfi budur ki, Putin çox yaxşı bilir ki, üçüncü tərəf faktiki olaraq müharibədə iştirak edir – NATO ölkələri. Ukrayna Alyans ölkələrindən kifayət qədər hərbi-siyasi dəstək alır. Sadəcə birbaşa iştirak yoxdur deyə, Rusiya hansısa ölkəni günahlandıra bilmir”.
R. Məmmədlinin sözlərinə görə, Putinin Qərbi konket hansı yeni silahla qorxutduğu da bəlli deyil:
“Yəqin ki, söhbət raket komplekslərindən gedir. Çünki Rusiya “Sarmat” və s. uzaq və orta mənzilli raketlərin varlığı ilə hər zaman öyünür və güclü olduğunu bəyan edir. Kimyəvi-bioloji silahlar da var. Yəni Putin zərbə gücü ilə bağlı olan silahları nəzərdə tutur, buna əminəm”.
Ümumiyyətlə, bu müharibə irimiqyaslı hücum əməliyyatları ilə müşahidə olunmur. Müharibənin ilk günlərində buna bənzər hadisələr oldu, amma ümumən mobil qruplarla həyata keçirilən əməliyyatlar üstünlük təşkil edir. Ən böyük əməliyyat Mariupol və Xersonun ələ keçirilməsi olub. Başqa belə irimiqyaslı hərbi əməliyyatlara rast gəlməmişik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız