“Rusiya elə bir bataqlığa düşüb ki, çapaladıqca daha dərinə gedir“

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya elə bir bataqlığa düşüb ki, çapaladıqca daha dərinə gedir“

Siyasət

10 May 2022 16:00 515


“Bəzi ekspertlərin “Vladimir Putin Qərbdən qorxduğu üçün mayın 9-da Ukranaya müharibə elan etmədi” fikri ilə razılaşmaq, açığı, mənim üçün çətindir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Böyük Britaniya əks-kəşfiyyatı MI6-nın, eləcə də Pentaqonun “Putin 9 Mayda Ukraynaya müharibə elan edə bilər” iddiasına münasibət bildirib: pizza

“Çünki Rusiya elə bir bataqlığa cəlb edilib ki, çapaladıqca daha dərinə çökür və bu, Rusiyanın süqutunu tezləşdirir. Süqut bütün sahələrdə hiss olunur. Yəni həm hərbi potensial baxımından, həm də iqtisadiyyat və maliyyə cəhətdən.

Rusiya güman edirdi ki, Ukraynaya hücum NATO-nun dağılmasına gətirib çıxaracaq, lakin əksinə oldu. Rusiya xofu qarşısında bütün Qərb dünyası birləşdi. Yəni Vladimir Putinin planı işə yaramadı”.

N. Miri əlavə edib:

“Ukraynaya müharibə elanı Putinin strateji səhvi olardı. Çünki o, Ukraynaya hərbi müdaxiləni müharibə deyil, “xüsusi hərbi əməliyyat” adlandırır. Son nəticədə Kiyevdə mövcud siyasi hakimiyyət ləğv olunmalı, oyuncaq rejim hakimiyyətə gətirilməli və Ukrayna paytaxtında hərbi parad keçirilməliydi, amma bu olmadı.

Əgər mayın 9-da Putin müharibə elan etmiş olsaydı, deməli, bu planın əsas müəllif kimi o, kobud səhvini etiraf etmiş olacaqdı”.

Mütəxəssisin sözlərinə görə, müharibə və kütləvi səfərbərlik elanı həyata keçirilsəydi, bu, Rusiyada sosial psixoz vəziyyəti yaradardı:

“Rusiya cəmiyyətində ciddi etirazlar mövcuddur. Artıq 7-ci böyük hərbi komissarlıq yandırılıb. Əgər kütləvi səfərbərlik prosesi baş versəydi, hadisələrin daha da intesivləşməsinə gətirib çıxara bilərdi.

Putinin 9 May paradındakı çıxışında da artıq Rusiyanın məğlubiyyətinin etirafı hiss olundu. Yəni güclü Rusiya prezidenti kimi deyil, məğlub Rusiya prezidenti kimi yadda qaldı. Həm rus, həm də beynəlxalq ictimai rəyi aldatmaq istəyi alınmadı”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!