Ermənistan dövlətçilik yolu ilə gedir və bu işdə Avropa bizə kömək edir, Rusiya isə bizə mane olur.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Akop Aslanyan deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətinin bərqərar olmasına nail olmaq, “Zəngəzur dəhlizi” adlanan ərazini əldə etmək və bütün məsələləri bağlamaq istəyir. pizza hut
“Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir və Avropa deyir ki, bu, bizim olmaq yolunda bizə kömək edəcək. Bütün fərq budur. Bəziləri bizə kömək edir, bəziləri isə mane olur”, - deyə o əlavə edib.
Telegram kanalımız