"Rusiya artıq öz generallarının dili ilə tək "DXR və LXR" kimi qondarma qurumları "azad" etmək haqqında deyil də, həm də bütün Cənubi Ukraynanı, Zaparoje, Xerson, Odessa vilayətlərini işğal edib Kremlin digər oyuncaq qondarma qurumu, Moldova ərazisi olan "Dnestyanı Respublikaya" quru yolu açmaq haqqında danışmağa başlayıb. Əvvəllər bu haqda ancaq Kremlin təbliğatçı "bülbülləri" danışırdı, indi ordusu bunu hədəf kimi elan edir".
Yenisabah.az xəbər verir ki, bu haqda iqtisadçı Natiq Cəfərli yazıb. O, Rusiyanın Ukraynada çox fəlakət törədəcəyini, hətta böyük bir hissəsini işğal edərək, "Şərqi Ukrayna Respublikası", və ya "Novorosiya Respublikası" da elan edə biləcəyini bildirib.
“Kreml üçün insan həyatının heç bir əhəmiyyəti yoxdur, avtoritar rejimdən totalitar sistemə keçir, fərqli fikirləri boğur, iqtisadi çöküşü torpaq işğalı ilə əvəz edəcək bir yola çıxır. Yüzminləri itkiyə verib, öz xalqını səfalətə sürükləyib məqsədinə çata bilər”. pizza mizza
Dünyada çox maraqlı məsələ - iki yerə bölünmüş Almaniya örməyi var. Cəmi 44 ildən sonra azadlıq, doğru iqtisadiyyat, seçkili sistem Rusiyanın hərbi maşınına qalib gəldi və Almaniya 1 güllə belə atmadan, itki vermədən birləşdi.
İndi də bənzər analogiyalar aparmaq olar - müharibə nəticəsində Rusiya Ukraynanın bir hissəsini hətta işğal etməyə nail olsa belə, zamanla hər şeyi itirəcək. İqtisadi olaraq bu yükü çəkə bilməyəcək. Təkcə Mariupolun bərpasına 15-20 mlrd. dollar lazımdı, bütün işğal etdiyi torpaqların bərpasına isə yüzmilyardlarla dollar lazım olacaq - bu qədər pul yoxdur, olmayacaq da.
Natiq Cəfərli qeyd edib ki, müharibədən sonra Ukrayna əlində qalacaq ərazilərində yeni "Almaniya" qura bilsə, cəmi 14 ildən sonra Krım qarışıq bütün itirdikləri torpaqları tam geri qaytara bilər.
Rusiya xalqı isə bu gün yeni imperialist sistemə göz yumub dəstək verdikləri üçün mütləq öz əzəli torpaqlarını da itirəcəklər.
Tarix üçün 44 il bir saniyə, 14 il isə saniyədən də azdır, haqlı mütləq qalib gələcək, bizim 44 günə qalib olduğumuz kimi".
Cavad Salmanlı
Telegram kanalımız