“Rusiya Gürcüstandan Suriyaya qədər ölkələri məhv edib“   - Amerikalı analitik

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Gürcüstandan Suriyaya qədər ölkələri məhv edib“ - Amerikalı analitik

Siyasət

18 Aprel 2022 20:12 6836


“Müharibə nəticəsində Rusiya xüsusilə Yaxın Şərq və Afrikada, həm də Çin və Qərbdə tərəfdaş kimi böyük nüfuzunu itirdi”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Amerikada yaşayan siyasi şərhçi İrina Tsukerman deyib.

O, Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində NATO-nun, xüsusən kollektiv Qərbin Rusiyaya qarşı sanksiya siyasətindən, habelə Rusiyanın dünyada nüfuzunu itməsindən söz açıb: Dominos pizza

“Rusiya özünü dünyaya bir təhdid kimi göstərdi, lakin adekvat müdafiəni təmin etməyə qadir deyil. O, artıq iqtisadi cəhətdən digər ölkələrə ciddi sərmayələr yatıra bilmədiyini də sübut edib. Çünki Rusiya Gürcüstandan Suriyaya qədər hərbi mövcudluğu olan ölkələri ancaq məhv edib. Rusiya Ukraynaya görə Suriyadan döyüşçüləri, Mərkəzi Afrika Respublikasından isə “Vaqner”i çıxarmalı olub.

Əgər müharibə davam edərsə, Rusiya əlavə qüvvələr tapmaq məcburiyyətində qalacaq. Onun Yaxın Şərqdəki əsas oyunçu qabiliyyətinə ciddi zərbə vurulacaq. Əvəzində Çin mümkün olduğu qədər boşluğu dolduracaq və İran, xüsusilə Suriyada daha böyük təsir alətlərinə malik olacaq".

Ekspertin sözlərinə görə, Rusiyanın təhdidləri artıq NATO-nun birləşməsinə və güclənməsinə təsir edib, bəzi qeyri-NATO dövlətlərini NATO-ya üzvlüyə meylləndirib və Avropanın enerji strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb olub:

“Rusiyanın enerji mənbələrindən imtina etmək bir qədər vaxt aparsa da, əksər Avropa ölkələri ən azı uzunmüddətli perspektivdə alternativlər tapmaqda qərarlı görünür. Rusiya asılı ölkələri qazın pulunu rublla ödəməyə məcbur edib. Bu sxemin uğurlu olub-olmayacağı isə ABŞ-ın Səudiyyə Ərəbistanı kimi bəzi narazı müttəfiqlərini öz sıralarına qaytarmaq və beynəlxalq səhnədə özünü bərpa etmək qabiliyyətindən asılıdır.

Bu, prezident Baydenin dövründə çətin görünən və hətta vaxt aparacaq bir prosesdir. Lakin Rusiyanın indiki durumunda vəziyyəti istədiyi formaya dəyişməsi asan olmayacaq. Rusiya, həmçinin, böhran nəticəsində dünyanın ən böyük buğda və qarğıdalı istehsalçılarından biri kimi təsir imkanlarını itirib və ondan asılı Yaxın Şərq ölkələrini öz aralarında alternativ razılaşmalar axtarmağa məcbur edib. Məsələn, Hindistanı öz buğda istehsalını artırmaq qərarına gəlib.

Münaqişənin iqtisadi müstəvidə də nəticəsi ilə üzləşən Rusiyanın aqressiv siyasətini nəzərə alsaq, gələcəkdə bir çox ölkələr daha stabil satıcılara üz tutmağa üstünlük verəcək.

Bütövlükdə, Rusiyanın səhvləri nəticəsində Çinin gücləndiyi və daha güclü qlobal oyunçuya çevirləcəyi bir mənzərəyə baxırıq. Bu, ABŞ-da narahatlığı artırır və çətin aralıq seçkiləriylə üzləşən Bayden üçün bu cür tənzimləmələri həyata keçirilməsini xeyli çətinləşdirir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!