Rusiya hərb meydanını genişləndirir:   İkinci cəbhə açılır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya hərb meydanını genişləndirir: İkinci cəbhə açılır

Siyasət

28 Aprel 2022 10:45 744


“Düşünmürəm ki, Rusiya bundan sonrakı perspektivdə Moldovaya qarşı irimiqyaslı müharibə aparsın”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

Xatırladaq ki, de-fakto Rusiyanın nəzarətində olan separatçı Dnestryanı bölgədə son 3 gündə vəziyyət gərginləşib. Bundan əvvəl Rusiya "xüsusi hərbi əməliyyat"ının ikinci mərhələsinin başladığını və onun məqsədlərini açıqlayıb: Ukraynananın Qara dənizlə əlaqəsini kəsmək, işğal olunmuş əraziləri Dnestryanı ilə birləşdirmək. pizza hut

F. Sadıxov bununla bağlı deyib:

“Əvvəla, bunu xüsusilə vurğulamaq istəyirəm ki, heç vaxt təsəvvürümüzə belə gətirə bilməzdik ki, Rusiya Ukraynaya qarşı müharibə aparacaq. Müəyyən gərginlik var idi, amma bu səpkili genişmiqyaslı müharibənin olması heç kəsin ağlına gəlmirdi.

İkincisi, əslində, Moldova ərazisinə daxil olmaq məsələsi, əlbəttə, istisna deyil. Dnestryanı bölgədə, əsasən, ruslarla ukraynalılar yaşayır. Amma Moskva bu bölgəni tam şəkildə özünə birləşdirmək istəyə bilər. Hər halda, bunu rəsmi Kişineuya qarşı bir təzyiq vasitəsi kimi gündəmdə saxlayacaq”.

Eskpertin sözlərinə görə, Moskva əlindən gələni edəcək ki, bunu həyata keçirsin. “Heç olmasa, ona görə ki, burada artıq yeni bir hərbi meydan açılır və onlar həmin bölgədən də öz əməliyyatlarını apara bilərlər. Çünki bölgədə hazırda Rusiyanın hərbi bazası mövcuddur.

Təkrar edirəm, ikinci cəbhə açılmaya da bilər, çünki söhbət yalnız Dnestryanı regiondan gedir. Sözün düzü, orada heç müharibə aparmaq da lazım deyil. Çünki regionda ruslar yaşayır və bölgədə Rusiyanın hərbi bazası var. Sadəcə olaraq ruslar Ukraynada apardığı hərbi əməliyyatlara Denstryanı ərazidən də dəstək verə bilərlər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!