Rusiyanın hərbi gəmisi Bakıda olub, sərhəd təhlükəsizliyinin təmini müzakirə edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat yayıb.
Oktyabrın 4-6-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini - Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib. Sezar pizza
Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanla Rusiya sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Telegram kanalımız