“Rusiya ilə əlaqələr qarşılıqlı hörmətə bağlıdır”   - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ilə əlaqələr qarşılıqlı hörmətə bağlıdır” - Ərdoğan

Siyasət

30 Yanvar 2023 09:42 624


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Rusiya arasında siyasi əlaqələrin qarşılıqlı hörmətə bağlı olduğunu bildirib. 

“Report”un Ankara Bürosunun məlumatına görə, Türkiyə Prezidenti Rusiya lideri Vladimir Putinlə diplomatik münasibətlərdən və iki ölkə arasındakı əlaqələrdən danışıb. 

"Rusiya ilə münasibətlərimizdə bizim qarşılıqlı hörmətimiz, inamımız var. Cənab Putinlə münasibətlərim isə dürüstlüyə əsaslanır. Tatarıstandan Dağıstana və bütün o bölgələrlə bağlı bizim müraciətlərimizə uyğun cavab var.  pizza hut

Hazırda Suriyanın şimalında baş verən proseslərlə əlaqədar hər nə qədər istədiyimiz nəticəni əldə edə bilməsək də, Rusiya, Türkiyə, Suriya olaraq üçtərəfli formatda görüşlərin keçirilməsini müzakirə edirik. Biz regionumuzda sakitliyin bərpa olmasını istəyirik”, - Ərdoğan vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!