“Rusiya ilə Türkiyə ortaq məxrəcə gələrək...” - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ilə Türkiyə ortaq məxrəcə gələrək...” - Politoloq

Siyasət

24 Noyabr 2020 13:33 1468


Reutersin yaydığı məlumata görə, Türkiyə və Rusiya arasında Ankaranın Azərbaycan ərazisində müstəqil hərbi müşahidə məntəqəsi yaratmaq istəyi ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, Türkiyə təhlükəsizliyin təmin edilməsi məqsədilə öz müstəqil müşahidə məntəqəsinə malik olmaq istəyir. Rusiya isə hesab edir ki, regionda  bunu yaratmağa ehtiyacı yoxdur. Türkiyə ilə Rusiyanın bu məsələ ilə bağlı ortaq məxrəcə gəlməsi mümkündürmü?

Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu Yenisabah.az-a bildirib ki, qardaş Türkiyə regionda təhlükəsizliyin və sülhün təmin olunması naminə əlindən gələni edir:

“Razılaşmanın şərtlərinə ciddi əməl olunmasına effektiv nəzarət imkanlarının yaradılması üçün öz fəallığını nümayiş etdirir. Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında ortaq nöqtə tapılacaq. Noyabr ayının 11-də Türkiyənin Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı memorandum imzalanıb. Elə ondan 2-3 gün sonra biz geniş tərkibdə Rusiya nümayəndə heyətinin məsləhətləşmək, müzakirələr aparmaq üçün Türkiyədə səfərdə olduğunu gördük və bəyan edildi ki, məsləhətləşmələr davam etdiriləcək”. Pepperoni pizza

Millət vəkili vurğulayıb ki, Türkiyə ilə Rusiya arasında kifayət qədər konstruktiv əməkdaşlıq sistemi mövcuddur:

“Düşünürəm ki, digər məsələlərdə olduğu kimi, bu məsələlərdə də regionda sülh və təhlükəsizliyin etibarlı təmin olunması naminə Rusiya ilə Türkiyə ortaq məxrəcə gələrək birgə konstruktiv addımın atılmasına nail olacaq”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!