“Rusiya ilk məğlubiyyətdən dərs alıb“   - Qərb kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya ilk məğlubiyyətdən dərs alıb“ - Qərb kəşfiyyatı

Siyasət

22 Aprel 2022 12:02 972


Rusiya Kiyev yaxınlığındakı məğlubiyyətdən bəzi dərslər almağa başlayıb.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bu, Qərb kəşfiyyat mənbələrinin rəyidir. Onlar Rusiyanın Ukraynaya təcavüzün ilk həftələrində qarşılaşdığı problemləri həll etməyə çalışmasının bəzi əlamətlərini seziblər. Bu əlamətlərdən biri komanda idarəetməsini asanlaşdıran hücum xətlərinin sayının azalmasıdır.

Eyni zamanda, Rusiyanın hərbi texnikası hələ də eyni yollar boyunca uzun kolonlarla hərəkət edir, bu da onları Ukraynanın hücumlarına qarşı həssas edir. pizza hut

Ukrayna qoşunları “hiyləgər və effektiv hərəkət etməyə davam edir”.

Vladimir Putin “hələ də qalib gəlmək iqtidarındadır”, amma münaqişənin mümkün nəticə ehtimalları çoxdur, lakin nəticələrə hələ çox var.

Kəşfiyyat qurumlarının fikrincə, Qərb Ukraynaya uzun müddət, bəlkə də bu ilin sonuna qədər hərbi dəstək verməli olacaq.

Rusiya, prinsipcə, Donbasdakı kampaniyasında uğur əldə edilə bilər və bu, əldə olunarsa, Moskva Kiyev və Odessanın tutulması kimi indiyə qədər təxirə salınmış hədəflərinə qayıdacaq.

Rusiya ordusu hələ də Ukrayna ordusundan sayca 3 dəfə böyükdür, lakin əsas məsələ onun bu üstünlükdən nə dərəcədə məharətlə istifadə etməsi, eləcə də ukraynalıların texniki imkanlarından asılıdır. Ona görə də, Qərb Ukraynaya getdikcə daha çox ən modern silah və texnika göndərməyə çalışır.

Mariupol ətrafında hələ də 5-10 min rus əsgəri cəmləşib. Rusiya ordusu Donbasdakı Ukrayna qruplaşmasını mühasirəyə almağı planlaşdırır, lakin qoşunların bir hissəsi Mariupoldan çıxarılmadığı üçün cənubdan praktiki olaraq heç bir hərəkət yoxdur.

Putinin qarşıya qoyduğu vəzifə - "Azovstal"dakı ukrayna hərbçilərini çəmbərə almanı yerinə yetirmək elə də asan deyil, bunun üçün çoxlu qoşun lazımdır, bu da onların Donbasa hücumunu ləngidir. Rusiya ordusu Mariupolda gözləniləndən daha çox vaxt sərf edib.

Qərb kəşfiyyat xidmətləri “İsgəndər” raketlərinin buraxılış sayında nisbi azalma müşahidə edib. Bu o məna verə bilər ki, Rusiya hərbçiləri raketlərin çox tez tükəndiyini hiss edir, həm də sanksiyalar altında qısa zamanda onların sayca bərpası qeyri-mümükündür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!