“Rusiya istəmir ki, “Qarabağ xaltası” Ermənistanın boğazından açılsın”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya istəmir ki, “Qarabağ xaltası” Ermənistanın boğazından açılsın”

Siyasət

28 Aprel 2022 11:40 520


“Nikol Paşinyan müəyyən mənada ondan xeyli asılı olan Qarabağın erməni icmasının təmsilçiləri görüşdə izah edəcək ki, başqa çıxış yolu yoxdur, əgər bölgədə qalıb yaşamaq istəyirsinizsə, Bakının şərtlərini qəbul etməliyik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, Baş nazir Nikol Paşinyanın sabah, aprelin 29-da Ermənistan və qondarma rejim təhlükəsizlik şuralarının birgə iclasını keçirmək niyyətini şərh edib: Dördpendirli pizza

“Mən belə anlayıram. O deyə bilməz ki, yenidən müharibəyə başlayırıq, çünki gələcək müharibənin aqibəti onlara bəllidir. Odur ki, onları çağırıb başa salacaq ki, küyə getməyin, gora getməyin...

Rusiyaya gəlincə, 1988-ci ildən bəri Rusiya dovşana "qaç" deyir, tazıya "tut". O, Ermənistanı əlindən verməz. Rusiya indi də münaqişənin həll olunmasını istəmir, çünki ordusunu Qarabağda saxlamalıdır. Nikol Paşinyan isə bunu istəmir. O, istəyir ki, məsələ birdəfəlik həll olsun, canı “Qarabağ klanı”ndan qurtarsın, başını götürüb Qərbə, Avropaya getsin, çünki orada pul, demokratiya və inkişaf var, burada isə heç nə yoxdur.

Buna yol verməyən isə Rusiyadır. Bir tərəfdən, o, Koçaryana, Sarkisyana, Arutyunyana deyir ki, status tələb edin, öz müqəddəratını təyinetmə hüququnu israrla istəyin, o biri tərəfdən, Azərbaycana deyir ki, hə, mən vasitəçiyəm, gedin, danışın, sülh müqaviləsi bağlayın, mən nə deyirəm ki?! Qurtarsın bu münaqişə, yollar açılsın, nəqliyyatlar hərəkət etsin, pul qazanaq və s. 

Bununla bərabər, Rusiya istəmir ki, “Qarabağ xaltası” Ermənistanın boğazından açılsın”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!