Rusiya Mariupolda “parad“ keçirməyə hazırlaşır - Kəşfiyyat

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Mariupolda “parad“ keçirməyə hazırlaşır - Kəşfiyyat

Dünya

04 May 2022 14:27 330


“Rusiya xarabalığa çevrilmiş Mariupolda mayın 9-da “parad” keçirməyə hazırlaşır”. 

Yenisabah.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bunun üçün Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko şəhərə gəlib. Donetskdə bu il “bayram” keçirilməyəcək. Ona görə "təntənə"nin Mariupolda baş tutması planlaşdırılır. Buna görə də şəhərin mərkəzi küçələrini dağıntılardan, meyitlərdən və partlamamış sursatlardan təmizləyirlər. Genişmiqyaslı təbliğat davam edir”, - Baş Kəşfiyyat İdarəsindən bildirilib. Sezar pizza

Həmçinin vurğulanıb ki, Kremlin təbliğatçısı, telejurnalist Vladimir Solovyov və Donetskin “rəhbəri” Denis Puşilin də Mariupola gəliblər.

Xatırladaq ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ölkədə “xüsusi əməliyyatı” sentyabr ayına qədər davam etdirməyi planlaşdırır.Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!