“Rusiya məğlub olacaq, sülhməramlıların mandatı uzadılmayacaq“   - Taras Kuzio

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya məğlub olacaq, sülhməramlıların mandatı uzadılmayacaq“ - Taras Kuzio

Siyasət

02 May 2022 12:00 1441


“Müharibə çətin ki, 5 və ya 10 il davam etsin”.

Bunu Yenisabah.az-a açıqlamasında ukraynalı analitik Taras Kuzio deyib.

O, müharibənin 5, yaxud 10, hətta daha uzun müddət çəkəcəyinə dair ehtimallara münasibət bildirib. Dördpendirli pizza

Eskpertin sözlərinə görə, Rusiya  uzunmüddətli mübarizəyə qadir deyil:

“Çünki onun iqtisadiyyatı və maliyyəsi kollektiv Qərb tərəfindən ciddi şəkildə zəiflədiləcək. Rusiyanın Qərblə mübarizə aparacaq güclü iqtisadiyyatı və resursları yoxdur. Həmçinin, Rusiya ordusuı tükəndiyi müddətcə hərbi texnikasını yeniləyə bilməyəcək. Sanksiyalara görə hərbi zavodlar Qərb komponentlərini almaq imkanında deyil”.

“2 aydan bir qədər çox davam edən müharibədə Rusiya 23 min canlı itki verib. Qərb indi Ukraynaya ağır, o cümlədən hücum xarakterli hərbi texnika göndərdiyindən itkilərin sayı artacaq.

Proqnozlarıma əsasən, Rusiya 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində məğlub olacaq. Bu, Azərbaycan və Avrasiyadakı digər xalqlar üçün də yaxşı nəticədir, çünki bu məğlubiyyət rus imperializmini məhv edəcək.

Bu həm də o deməkdir ki, Azərbaycan 2025-ci ildə Rusiya sülhməramlılarının Qarabağdakı mandatını yeniləməmək üçün kifayət qədər güclü olacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!