Rusiya məhkəməsi Səfərovların həbsi ilə bağlı iki apellyasiya şikayətinə baxıb

saytların hazırlanması

Evə çatdırılma

Rusiya məhkəməsi Səfərovların həbsi ilə bağlı iki apellyasiya şikayətinə baxıb

Kriminal

10 İyul 2025 11:51 304


Sverdlovsk vilayət məhkəməsi Ayaz və Akif Səfərovun həbsi ilə bağlı iki apellyasiya şikayətinə baxıb.

Yenisabah.az xəbər verir ki,  bu barədə Rusiya KİV məlumat dərc edib. 

Vilayət məhkəməsi iyulun 19-dək Yekaterinburq şəhərinin Leninski məhkəməsində həbs edilmiş Akif Səfərovun həbsindən verilən apellyasiya şikayətinə baxıb. Akifə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi ilə “Bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olaraq mütəşəkkil dəstə tərəfindən törədilmiş adam öldürmə” ittihamı irəli sürülüb. pizza

Sverdlovsk vilayət məhkəməsi Akif Səfərovun apellyasiya şikayətini yenidən baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarıb.

Ayaz Səfərovun müraciətinə baxılarkən heç bir problem olmayıb. Ayaz Rusiya Federasiyası Cinayət Məcəlləsinin qardaşı ilə eyni maddəsi ilə ittiham olunur. Rayon məhkəməsi Ayaz Səfərovun həbsinin qanunvericiliyə uyğun həyata keçirildiyi barədə qərar verib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya FSB-si Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb./"Unikal"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!