“Rusiya nüvə silahından istifadə etməyəcək, çünki bu, Üçüncü Dünya müharibəsinə səbəb ola bilər”.
Bunu Yenisabah.az-a açıqlamasında Londondakı Henri Cekson Cəmiyyətinin tədqiqatçısı Taras Kuzio deyib.
O, son günlər Kreml təbliğatçılarının Rusiyanın həyata keçirdiyi "xüsusi hərbi əməliyyat" əvəzinə, Ukraynaya müharibə elan edilməsi, habelə taktiki nüvə silahından istifadə barədə çağırışlara münasibət bildirib: Toyuqlu pizza
“Sualınız çox sensasiyalıdır. Rusiya nüvə silahından istifadə etməyəcək, çünki bu, Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.
Taras Kuzio bir sıra siyasətçilərin Rusiya-Ukrayna müharibəsinin uzun müddətli olacağına, o cümlədən prezident Zelenskinin açıqlamasını da şərh edib:
"Mən 10 il sonranı proqnozlaşdıra bilmərəm. Bu suala cavab vermək mümkün deyil. Fikrimcə, indiki şəraitdə Rusiya "xüsusi hərbi əməliyyat"dan açıq müharibəyə keçid etməkdən çəkinəcək, çünki bu, Rusiyada elə də populyar qarşılanmayacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız