Rusiya Paşinyana yerini göstərdi: Qərbin alətinə çevrilmə!

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Paşinyana yerini göstərdi: Qərbin alətinə çevrilmə!

Rəsmi

04 Sentyabr 2023 16:40 651


Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları tonuna görə qəbuledilməzdir, Moskvada ondan son dərəcə narazıdırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə danışıb.

O bildirib: “Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədən və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Rusiya bunu qəbuledilməz hesab edir, tonuna və məzmun baxımından, öz səhv hesablamalarına və səhvlərinə görə məsuliyyəti Rusiyaya atmaq niyyəti kimi yozur". pizza mizza

Mənbə bildirib ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil:

Ermənistanın baş naziri müsahibəsində Rusiya Federasiyasının regiondan uzaqlaşma ehtimalından danışıb. “Əslində, onlar bu məqsədə çatmaq üçün İrəvanı vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin bu, ikitərəfli yol olmalıdır: Ermənistan da Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir”, - agentliyin həmsöhbəti bildirib.

O əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərə “bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut edilmiş tərəfdaşlıq kimi” baxır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!