Rusiya sərhədçiləri Zəngəzurdakı postları sökür

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sərhədçiləri Zəngəzurdakı postları sökür

Siyasət

13 May 2024 08:50 843


Rusiya sərhədçiləri Ermənistanın Zəngəzur (Sünik) rayonundakı postlarını sökməyə başlayıblar.

“Yeni Sabah” bu barədə “Sputnik Ermənistan”-a istinadən xəbər verir.

Onlar Gorus və Qafanın Çakaten arasındakı ərazidə mobil yerləşdirmə məntəqələrini bağlamağa başlayıblar. Toyuqlu pizza

Rusiya sərhədçiləriu 44 günlük müharibədən sonra - 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan Rusiya hərbçilərinin və sərhədçilərinin Qeqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor bölgələrindən çıxarılacağını elan edib.

Öz növbəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, mayın 8-də Moskvada iki ölkə liderlərinin görüşündə Rusiya hərbçilərinin və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması razılaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!