Rusiya Suriyadakı 30 hərbi postu İrana təhvil verib.
Yenisabah.az "Newvisiona"ya istinadla xəbər verir ki, Suriyanın şimalındakı İdlib bölgəsindəki hərbi məntəqələr, habelə Rusiya və Türkiyə hərbi qüvvələrinin təmas nöqtələri boşaldılıb və bu ərazilərdəki postlarda İranyönlü qüvvələr yerləşdirilib.
"Newvisiona"nın mənbələri bunu Ukraynadakı müharibə ilə əlaqələndirirlər. pizza
Eyni mənbələr Rusiyanın Dəməşqin cənubunda, Kuneytra bölgəsindəki hərbi postların da təhvil verildiyini bildiriblər.
Xatırladaq ki, Kuneytra İsrailin işğal etdiyi Colan Təpələri ilə sərhəddə yerləşir.
Telegram kanalımız