Rusiya Türkiyə kömək etməyə hazırdır - Yeni təyyarə layihəsi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Türkiyə kömək etməyə hazırdır - Yeni təyyarə layihəsi

Dünya

14 Noyabr 2021 11:13 929


Moskva beşinci nəsil türk qırıcısının yaradılmasında yardım üçün Ankara ilə danışıqlar aparır.

Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSMTC) direktoru Dmitri Şuqayev Dubay aviaşousunda bildirib.

“Biz bu layihə üzrə danışıqlar mərhələsində olduğumuz müddətdə Rusiya Türkiyə Respublikasına beşinci nəsil qırıcının yaradılmasında kömək etməyə hazır olduğunu dəfələrlə bildirib”, - deyə Şuqayev qeyd edib. pizza

Bundan əvvəl ABŞ Rusiyadan "S-400" hava hücumundan müdafiə-raketdən müdafiə sistemi aldığına görə beşinci nəsil F-35 qırıcılarını Türkiyəyə satmaqdan imtina edib.

MAKS-2019 sərgisində Türkiyə prezidenti Rusiyanın beşinci nəsil qırıcı "Su-57"-yə baxıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!