“Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda...”   - Lavrov İrəvanda, Putin Ərdoğanla danışır...

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda...” - Lavrov İrəvanda, Putin Ərdoğanla danışır...

Siyasət

05 May 2021 18:41 3180


"Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda danışıqlar apardığı saatlarda Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışması və onunla Qarabağı müzakirə etməsi təsadüfi deyil".

Yenisabah.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Rusiya Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib: Dominos pizza

"Görüşlə bağlı yayılan xəbərdə belə bir cümlə var: “Prezidentlər Ağdamda yerləşən Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti və münaqişə zonasında bütün hərbi fəaliyyətlər kontekstində Dağlıq Qarabağ nizamlanması probleminə toxunublar”.

Ümumiyyətlə Rusiya prezidentinin türkiyəli həmkarıyla tez-tez zəngləşməsinin və müzakirələrinin müsbət tərəfi odur ki, Kreml sahibi Türkiyənin Cənubi Qafqazdakı, Azərbaycandakı və Qarabağdakı maraqlarını qəbul edib. Rusiya Türkiyənin rəyini nəzərə almadan Qarabağda gizli fəaliyyətin onun üçün mənfi nəticələrini hesablamaq məcburiyyətindədir".

"Moskvanın Qarabağla bağlı nəsə “yeni təşəbbüsü” varsa bunu yalnız Parislə deyil mütləq Ankara ilə də müzakirə etməlidir. Odur ki, əgər Lavrov bölgəyə hansısa yeni “təkliflərlə” gəlibsə bundan Azərbaycan və Ermənistanla yanaşı Türkiyənin də xəbəri olmalıdır. Moskvada bilirlər ki, Ankaranı zamanında məlumatlandırmasalar, bunu onsuz da Bakı edəcək", - deyə E.Şahinoğlu fikirini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!