Rusiya Ukrayna danışıqlarından yüksək nəticə gözləmir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukrayna danışıqlarından yüksək nəticə gözləmir

Siyasət

26 Yanvar 2026 11:52 418


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı aparılan danışıqların gedişi barədə ehtiyatlı açıqlamalar verib.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, danışıqlar prosesinin ayrı-ayrı detalları barədə açıq danışmaq düzgün deyil. O, qeyd edib ki, Ukrayna üzrə üçtərəfli təmaslardan yüksək nəticə gözləmək real olmaz, çünki qarşıda hələ çox iş var.

“Bu danışıqlarda dostluq mühiti gözləmək çətindir. Amma proses gedirsə, hansısa nəticə əldə etməyə cəhd göstərmək lazımdır”, – deyə Kremlin sözçüsü vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!