Rusiya - Ukrayna müharibəsi: Cəbhədən “qara xəbər” gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya - Ukrayna müharibəsi: Cəbhədən “qara xəbər” gəldi 

Dünya

06 Sentyabr 2024 10:16 549


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1170 hərbçisini itirib. 

Yenisabah.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 622 720 nəfərə çatıb.  pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 9 zirehli döyüş maşını, 20 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!