Rusiya-Ukrayna müharibəsi zamanı ölən və yaralananların sayı 1 milyon nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin istinad etdiyi Ukrayna hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələrində ölənlərin sayı 80 min hərbçi, yaralıların sayı isə 400 min nəfərdir. Rusiya ordusunun itki rəqəmləri dəyişir. Bəzi hesablamalara görə, hərbçilərin sayı 200 min nəfərə, yaralıların sayı isə 400 minə yaxındır. pizza mizza
Nəşr ayrıca qeyd edir ki, itkiləri hesablamaq çətindir: tərəflərdən heç biri rəsmi məlumat dərc etmir.
"The Wall Street Journal" çoxlu itkiləri Rusiya üçün problem adlandırır, lakin qeyd edir ki, Ukrayna tərəfində təxminən eyni rəqəmlər Ukrayna əhalisinin bir neçə dəfə az olması səbəbindən daha böyük ziyana səbəb olur.
Telegram kanalımız