“Polşa baş nazirinin açıqlamalarını kənara qoymaq olmaz. Donald Tusk Rusiya-Polşa münasibətlərinin tarixini çox gözəl bilir və Moskvanın niyyətindən kifayət qədər xəbərdardır. Kreml yenidən özünün qlobal güc olduğunu təsdiqləmək üçün Ukraynada işğalçı müharibəyə başladı. Rusiya Ukraynada istədiyinə nail ola bilsə, Avropanın təhlükəsizliyi ciddi şəkildə təhdid altında qalacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, hazırki şəraitdə Şərqi Avropa ölkələrinin bir çoxu Moskvanın təhdidi altındadır:
“Polşa çox yaxşı bilir ki, tarixən Moskva-Varşava münasibətləri hər zaman gərgin olub. Bu ölkə Ukraynaya verdiyi intensiv dəstək və yerləşdiyi strateji mövqeyinə görə, Rusiyanın hədəfi ola bilər. Rusiya işğalçı hədəflərinə çata bilsə, onun Şərqi Avropadakı ilk həmlə ambissiyası Baltikyanı ölkələr və Polşadır. Digər tərəfdən, Moldova üzərindən Ruminya və Bolqarıstan da təhdid altındadır. Tarixən rusların Balkan yarımadasının cənubuna qədər irəlilədiyi məlumdur. Bu gün Serbiya, Bolqarıstan və Yunanıstan kimi dövlətlər də öz müstəqilliklərini məhz Osmanlı-rus müharibəsinin nəticələrini borcludur”. Pepperoni pizza
Siyasi şərhçi qeyd edib ki, Avropa orduları Rusiya ilə bacaracaq səviyyədə deyil:
“Avropa son 80 ildə özünün təhlükəsizlik təminatlarını ABŞ-yə həvalə edib. Hazırda Vaşinqton bu öhdəliklərdən müəyyən qədər boyun qaçırır. “Qoca qitə” indiki məqamda Rusiya ilə genişmiqyaslı savaşa hazır deyil. Belə bir hərbi qarşıdurmaya hazır olmaq üçün Avropaya bir neçə il vaxt lazımdır. Son 80 ildə Avropada yetişmiş nəsillər ümumiyyətlə müharibə görməyiblər və komfort həyata öyrəniblər. Avropa iqtisadi gücünə, maliyyə ehtiyatlarına və digər faktorlara görə Rusiyanı qat-qat üstələsə də, hərbi cəhətdən Moskvadan geri qalır”.
“Bütün hallarda bu gün Polşa ordusu Ukrayna ordusundan heç də güclü deyil. Nəzərə almaq lazımdır ki, polyaklar qitənin ən güclü və peşəkar ordusuna malikdir. Onlar Qərbi Avropadakı ordulara nisbətən, daha hazırlıqlı və peşəkardır. Ancaq Polşanın özünün Rusiya təhlükəsi qarşısında tək dayanması çətin olacaq. Polşa həm də NATO üzvüdür. Aliyansın nizamnaməsinin 5-ci maddəsi işə düşə bilər. Belə olan halda olası münaqişəyə ABŞ-da qoşulmalıdır. Ancaq bu sual altındadır. Avropaya isə ən azı 3-4 il vaxt lazımdır ki, ordunun komplektləşdirilməsi və gücləndirilməsi baş versin”.
Qeyd edək ki, Polşa baş naziri Donald Tusk Rusiya ilə yaxın 2 il ərzində irimiqyaslı hər toqquşmanın istisna olmadığını bildirib. O, Ukraynada atəşkəs və sülhün mümkünsüz olduğunu vurğulayıb. (Caucausian Live)
Nazim Hacıyev
Telegram kanalımız