Rusiya və ABŞ masadan qovuldu:   Bakı İrəvanla dil tapacaqmı?

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və ABŞ masadan qovuldu: Bakı İrəvanla dil tapacaqmı?

Siyasət

17 May 2023 12:00 1796


“Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqların keçirilməsi və razılığın əldə olunması təkliflərinə Azərbaycan çoxdan razılıq verib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

O, Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryanın “sülh layihəsi nə Brüsselin, nə də Moskvanındır. Onu hər iki tərəf hazırlayır” fikirlərinə münasibət bildirib. Sezar pizza

N. Şəfiyev xatırladıb ki, Azərbaycan dəfələrlə bəyan edib ki, son nəticədə özümüz ortaq məxrəcə gəlməliyik:

“Yəni kənardan müdaxilə edənlər sadəcə olaraq vasitəçilik edirlər. Əslində, vasitəçilər hazırda nə hansısa proqram, nə də hansısa yol xəritəsi üzərində işləmir. Sadəcə iki tərəfin hansısa bir yerdə görüşünü təşkil edirlər ki, oturub üz-üzə danışsınlar. Əgər ermənilərin müxtəlif oyunları olmasa, hər iki tərəf öz aralarında razılığa gələ bilər”.

Siyasi şərhçi xatırladıb ki, dekabrdan üzü bu yana Baş nazir Nikol Paşinyanın Emmanuel Makronun danışıqlarda iştirakına təkid etdiyindən görüşlər baş tutmurdu:

“Deyirdi ki, görüş mütləq Makronun iştirakı ilə olmalıdır. Azərbaycan isə 5  prinsiplə bağlı təkliflərini vermişdi, əlavə olaraq da ermənilər 6 prinsip işləyib Azərbaycana göndərmişdi.

İkitərəfli danışıqlarda ortaq məxrəcə gəlmək mümkündür, amma bunun üçün tərəflərin istəyi olmalı, ermənilər fırıldaqlardan əl çəkməlidir.

Son danışıqlarda Azərbaycan siyasi rəhbərliyi açıq şəkildə bildirdi ki, hazırda ermənilərlə gedən danışıqlar müxtəlif terminlərin dəqiqləşdirilməsi ilə bağlıdır. Yəni Ermənistan elan edir ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, amma fırıldaq da işlədirlər ki, Qarabağ ermənilərinin taleyi onları maraqlandırır və s. Əslində, Ermənistan bununla Azərbaycanın daxili işlərinə müdaxilə edib sülh müqaviləsinin imzalanmasını əngəlləyir. Ona görə də diplomatlarımız bu cür fırıldaqların üzərində işləyirlər ki, bu cür şeylər olmasın”.

Müsahibimiz xatırladıb ki, üçtərəfli sənədlərdə Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkətin nəzərdə tutulmasına da maneə yaradılır:

“Sənəddə “dəhliz” sözü yoxdur, əvəzinə “maneəsiz hərəkət” yazılıb, amma maneəsiz hərəkətin özü elə dəhlizdir. Amma bu söz üçtərəfli sənədə salınmadığına görə ermənilər 3 ilə yaxındır ki, məsələni uzadır. 

Eyni zamanda, ikitərəfli razılaşmaya gəlmək və danışıqların davam etməsi o deməkdir ki, xarici oyunçular – vasitəçilər sülh prosesinə, danışıqlara müdaxilə edə bilməyəcəklər. Əgər bu hal baş versə, yəni Azərbaycan və Ermənistan masa arxasına oturmağı bacararsa və ikitərəfli münasibətlərdə sülh müqaviləsinin işlənməsinə davam edərsə, bu, böyük bir sıçrayış olar”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!