Rusiya və Çin “birləşdi” 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Çin “birləşdi” 

Dünya

02 Dekabr 2019 08:47 1340


Amur çayı üzərindəki Rusiya və Çini birləşdirəcək ilk avtomobil yolu körpüsünün tikintisi başa çatıb. Çinin Heihe şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərlərini birləşdirəcək 20 kilometrlik yolun Amur çayı üzərindən keçən hissəsində körpünün uzunluğu 1 kilometrdir. 

“Yeni Sabah” xəbər verir ki, 300 milyon dollarlıq layihənin tikintisi 2016-cı ildə başlayıb, açılışı isə gələn ilin aprelində olacaq. Rusiya hökuməti bu yol açıldıqdan sonra iki ölkə arasında yük daşımalarının 8 dəfə artaraq illlik 4 milyon tona çatacağını proqnozlaşdırır. Eyni zamanda Çindən Rusiyaya gedən turistlərin sayının 2 milyona çatması gözlənilir.

Bu layihənin Rusiya ilə Çin arasında siyasi əməkdaşlığı bir qədər də dərinləşdirəcəyi şübhəsizdir. Moskva və Pekin strateji müttəfiq olmasalar da Qərblə rəqabətdə mövqeləri üst-üstə düşür. Hələ bu ilin əvvəlində ABŞ-ın milli kəşfiyyat direktoru Deniel Kouts Senatdakı dinləmələrdə demişdi ki, Rusiya ilə Çin birləşərək, Amerikanın həyata keçirdiyi siyasətə qarşı çıxmaq məqsədilə əməkdaşlıq edəcəklər. pizza hut

“Çinlə Rusiya ABŞ və onun müttəfiqlərinə qarşı genişmiqyaslı iqtisadi, siyasi, əks-kəşfiyyat, hərbi və diplomatik çağırışlar yaradacaqlar. Liberal inkişaf modelinə münasibətdə bir neçə ölkədə artan şübhələrdən yararlanaraq, onlar ABŞ-ın məqsədlərinə müqavimət göstərmək üçün birgə əməkdaşlıq edəcəklər.

Çin və Rusiya öz xeyirləri üçün münasib qlobal qayda və standartlar formalaşdırmaqla ABŞ-la digər Qərb ölkələrinə qarşı əks-balansa çevrilmək üçün beynəlxalq təşkilatlar vasitəsilə bir-biri ilə əməkdaşlığı genişləndirir”, - deyə Kouts vurğulamışdı.

Bu baxımdan ABŞ-ın Rusiya ilə Çin arasında iqtisadi əməkdaşlığın və bunun fonunda siyasi müttəfqiliyinin dərinləşməsinə biganə qalacağı inandırıcı görünmür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!