Rusiya Xersonu vurdu - 4 nəfər öldü 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Xersonu vurdu - 4 nəfər öldü 

Dünya

05 Fevral 2024 16:37 525


Ukraynanın Xerson şəhərinin Rusiya qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 4 nəfər həlak olub. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Roman Mroçko bildirib. 

"Bu gün saat 12:00 radələrində Rusiya hərbçiləri Xersonu atəşə tutublar", - deyə Mroçko qeyd edib.  pizza sifarişi

Onun sözlərinə görə, atəş nəticəsində şəhərin mərkəzində yanğın başlayıb və hadisə yerinə gələn xilasedicilər iki nəfərin cəsədini aşkar ediblər. Bir qədər sonra o dəqiqləşdirib ki, hücum daha iki nəfərin ölümünə səbəb olub. 

Şəhər administrasiyasının rəhbəri əlavə edib ki, daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!